USAID sosial iqtisadi icma inkişafı layihələrinin icrası ilə maraqlanıb FOTO


Digərləri 15 Dek 2018 08:53:00 315 0

USAID sosial iqtisadi icma inkişafı layihələrinin icrası ilə maraqlanıb  FOTO

Elektrik təchizatının yaxşılaşdırılması, yolların abadlaşdırılması, tibb məntəqələrinin inşası və həmçinin suvarma və təsərrüfat sularından istifadə imkanları yaradan icma inkişafı layihələri Dördüncü İllik İcma İnkişafı üzrə Konfransın əsas mövzusu olub. İcma inkişafı sahəsində əldə edilmiş nailiyyətləri müzakirə etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya üzrə müavini Brok Birman və Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 24 rayonun 150-yə yaxın icmasını təmsil edən icma liderləri ilə bir araya gəliblər.

Son.az Trend-ə istinadən bildirir ki, konfrans iştirakçıları sosial iqtisadi icma inkişafı layihələrini icra etmək üçün resursların səfərbər edilməsində əldə etdikləri uğurlar, qarşılaşdıqları çətinliklər və ən yaxşı təcrübələr və həmçinin Azərbaycanın aid olduqları regionlarında icma inkişafı sahəsində yeni imkanlar və fəaliyyətlər haqqında məlumatları bölüşüblər. İki günlük konfrans USAID və Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən dəstəklənən Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən təşkil edilib.

SEDA proqramı çərçivəsində 215.000-dən çox insanın yaşadığı 150-yə yaxın icmaya onların həyat və güzaranlarını yaxşılaşdıran 125 sosial iqtisadi layihə vasitəsilə kömək edilib. Proqram əlavə 43 sosial iqtisadi layihəni icra etmək üçün 2019-cu ilin oktyabr ayına qədər icmalarla əməkdaşlığı davam etdirəcək.


Xəbərə aid fotolar