"Milan"ın prezidentinin 10 min dolları oğurlanıb


Digərləri 15 Dek 2018 08:34:00 256 0

"Milan"ın prezidentinin 10 min dolları oğurlanıb

İtaliyanın "Milan" klubunun prezidenti Paolo Skaroninin 10 min dolları oğurlanıb.

Son.az "Report"a istinadən bildirir ki, bəd niyyətli şəxs içərisində pulun olduğu diplomatı Skaroninin avtomobilindən götürüb. Klub rəsmisi oğruya çatmağa çalışsa da, ona həmin şəxsin şəriki olduğu güman edilən bir qadın mane olub. Bir müddət sonra diplomat pulsuz, amma sənədlər və şəxsi əşyalarla tapılıb.

Polis araşdırmalara başlayıb.