Yaradanlar və yaşadanlar” davam edir


Digərləri 15 Dek 2018 08:38:00 268 0

Yaradanlar və yaşadanlar” davam edir

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert xalq artisti, unudulmaz müğənni Rübabə Muradovanın yaradıcılığına həsr olunub.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə xalq artistləri Səkinə İsmayılova - "Ay günahsız əzizim", Nəzakət Teymurova - "Unuda bilmirəm", Teyyub Aslanov - "Dumanlı Təbriz" pyesindən "Qönçələbin mahnısı", Nazpəri Dostəliyeva - "Şur" təsnifi, əməkdar artistlər Almaz Orucova - "Sevəydin barı", Arzu Əliyeva - "Nədən oldu", "İndi sevmirəm", Azərbaycan Televiziyası və Radiosunun solistləri Pərviz Qasımov - "Gəl bizə yar", Günay İmamverdiyeva -"Gecələr yuxusuz qoymusan məni" mahnılarını ifa etdilər. Konsertin son nömrəsi -"Səni qəmli görəndə " mahnısı Nazpəri Dostəliyeva, Bəyimxanım Vəliyeva və Arzu Əliyevanın birgə ifalarında səsləndi.

İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.