ABŞda “dollar yağışı” yağdı VİDEO


Digərləri 15 Dek 2018 08:23:00 230 0

ABŞda “dollar yağışı” yağdı  VİDEO

ABŞ-ın Nyu-Cersi şəhərində sürücülər gözlənilmədən "dollar yağışına" düşüb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisənin həvəskar görüntüsündə avtomobil yoluna dollar əskinaslarının səpələndiyini görmək olur.

Buna səbəb inkassatorların səhlənkarlığı olub. Avtomobilin arxa qapısını yaxşı bağlamadıqlarına görə 20 min dollara yaxın nağd pul havaya sovrulub.

Bəzi sürücülər avtomobildən düşərək, asfalt üzərində olan pulları yığmağa başlayıb. Çox keçmədən yoldan keçənlər də onlara qoşulub.