Xəzərdə yanğın olub
Digərləri 15 Dek 2018 08:03:00 221 0
Bakıda yanğın olub.
Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 25 m² sahədə, digər otağın tavanı 5 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az