Porschenin yeni texnologiyası elektromobilləri 3 dəqiqəyə şarj edə bilir


Digərləri 15 Dek 2018 07:51:00 269 0

Porschenin yeni texnologiyası elektromobilləri 3 dəqiqəyə şarj edə bilir

Almaniyanın Phoenix Contact adlı şirkəti FastCharge layihəsinin nəticələrini açıqlamağa başlayıb. Bu layihə elektromobillərin şarj prosesini daha sürətli etmək üçün nəzərdə tutulub. FastCharge layihəsi hələ 2016-cı ilin iyul ayında start götürmüşdü. Daha sonra BMW, Porsche və Siemens kimi şirkətlər Phoenix Contact-ın texnologiyası əsasında sürətli şarj stansiyalarını yaratmaq qərarına gəldilər. İndi isə Porsche şirkəti bildirib ki, bu cür şarj stansiyası artıq istifadəyə verilib. 450 kilovatt gücə sahib şarj stansiyasının prototipi Almaniyada yerləşir.

Son.az technote.az-a istinadən bildirir ki, hal hazırki elektromobil modellərindən heç biri bu dərəcədə enerji gücünü qəbul edə biləcək vəziyyətdə deyil. Lakin Porsche-nin test avtomobili 400 kilovatt-dan yüksək şarj gücünü sərgiləyib. Bu isə 100 km yol qətt etmək üçün nəzərdə tutulmuş enerjinin 3 dəqiqəyə yığılmasına bərabərdir. Kommersiya məqsədli elektromobillərdən bu texnologiyanı ilk istifadə edəcək model isə Porsche Taycan olacaq. Lakin buna baxmayaraq şarj stansiyasında öz elektromobilini istənilən şəxs şarj edə biləcək. Şarj prosesi Avropa üçün standart olan Combined Charging System (CCS) Type 2 girişi vasitəsilə reallaşdırılır.