Emin Ağalarov: Möhtəşəm planlarım var


Digərləri 15 Dek 2018 07:35:00 313 0

Emin Ağalarov: Möhtəşəm planlarım var

Mənim hər il dekabr ayında Bakıda, Moskvada, Sankt-Peterburqda keçirilən konsertlərim ad günümə ən yaxşı hədiyyədir. Bu, dostlarımı, yaxınlarımı, pərəstişkarlarımı bir yerə toplamaq üçün də yaxşı fürsətdir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə tanınmış müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov "Bumeranq 2018" adlı solo-konsertindən əvvəl jurnalistlərlə görüşündə bildirib.

E. Ağalarov deyib ki, 2018-ci il onun üçün məhsuldar olub:

"Jara" festivalı isə həmişə olduğu kimi, parlaq və yaddaqalan idi. Bu il mənim "Neba ne boyalis" ("Səmadan qorxmurduq") albomum işıq üzü görüb. Bu alboma bir çox hitlər, o cümlədən "Mənim Azərbaycanım" mahnısı daxil edilib. Bir çox televiziya layihələri olub. Ümidvaram ki, 2019-cu il daha da məhsuldar olacaq".