“Maşın Şou”da əsəb sakitləşdirici həbləri kim qəbul edir? VİDEO


Şou-biznes 15 Dek 2018 07:25:00 451 0

“Maşın Şou”da əsəb sakitləşdirici həbləri kim qəbul edir?  VİDEO

Tamaşaçılar öz televizorlarının ekranından "Maşın Şou"nun parıltılı görüntüsünü görür. Bu gün iştirakçılardan biri üçün sonuncu olacaq. Şou qaydalarına görə, avtomobilə sahib olmaq uğrunda mübarizə aparan 18 iştirakçıdan biri hər gün səsverməyə çıxarılır. Tamaşaçılar isə SMS-səsverməsi vasitəsi ilə iştirakçının şouda qalacağına yaxud avtomobillə vidalaşacağına dair qərar verir.

Son.az oxu.az-a istinadən bildirir ki, tamaşaçılar öz intuisiyalarına əsaslanaraq bu və yaxud digər nəticəyə gələ bilərlər.

Beləliklə, layihənin pərdəarxasında nə baş verir?

İştirakçıların demək olar ki, əksəriyyəti həyəcan olduğunu bildirir və hər kəs bu hisslə fərqli şəkildə mübarizə aparır. Məsələn, Nazilə Səfərli heç kim onu özündən çıxarmasın deyə, əsəb sakitləşdirici xüsusi həblər qəbul etdiyini etiraf edib. O həmçinin Ramil Nabranı özünə rəqib gördüyünü bildirib.            

Şouda qruplaşmalar haqqında sualsız da olmadı.