Ruzinizin artmasını istəyirsinizmi?


Digərləri 15 Dek 2018 07:01:00 243 0

Ruzinizin artmasını istəyirsinizmi?

 Ustad Mohsin Qiraətinin əxlaq dərslərindən...

İnfaq imkanlı insanlara aiddir, o kəsin ki, qüdrəti var, o kəsin ki, abırı var. O kəs ki, üzməyi bacarır, o kəsin ki, dili var.

Quran buyurur: "Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: "Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz"". ("Nəml" 36). Yəni, Allah mənə elə bir şey vermişdir ki, sizə verməmişdir. Sizə elə şeylər vermişdir ki, mənə ondan verməmişdir. Hər kimin nəyi varsa, başqasına yardım etsin.

1. İnfaqın ilk səmərəsi simicliyi aradan aparmaqdır. İnfaqın bərəkəti iki cürdür: fərdi və ictimai. Fərdi bərəkəti budur ki, simicliyi aradan aparar. İmam Cavad (ə) gecədən səhərə qədər təvaf edər, ancaq bir şeyə görə dua edərdi: "Allahım, məni simiclərdən qoru". Simiclik bir hünərdir, başqaları onu öyrənə bilməz. O kəs ki, simicdir, o, pak deyildir. Quran Həzrət Peyğəmbərə (s) buyurur: "(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san". ("Tövbə" 103).