Günün qoroskopu: yaşamın yeknəsək ritminə kobud müdaxilə etməyin


Digərləri 15 Dek 2018 00:01:00 334 0

Günün qoroskopu: yaşamın yeknəsək ritminə kobud müdaxilə etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - peşəkar fəaliyyət müstəvisində aktiv hərəkətlər üçün əlverişli zamandır. Fiziki əməkdə fayda var. Uzaq yola çıxmaq olar. Mövqelərini müdafiə edəndə, maraqlarınızı qoruyanda ifrata varmayın.

Enerjinizdən effektiv istifadə edin.

Günün ikinci yarısında narazılıq və aqressiya hissləri sizə hakim olmasın.

Şəxsi münasibətlərdə nizam var. Dostlar və ya tanışların yaşamınıza sərt müdaxiləsinə imkan verməyin. İntriqalar hazırlayan adamı aşkarlayanda emosional davranmayın.

Buğa - fikirləriniz və niyyətləriniz pis olmaya bilmir. Amma inadkar, aqressiv olsanız və üstəlik, yaxın ətrafınızdakı insanlara nəzarət etməyə çalışsanız, belə davranış mübahisələrə, hətta toqquşmalara səbəb olacaq.

Bilavasitə öhdənizdəki işlərlə məşğul olun. Başqalarına necə yaşamağın gərəkdiyini öyrətməyin.

Günün ikinci yarısında bütün işlərlə bağlı təkbaşına qərar vermək istəyiniz ailə üzvləri ilə münasibətləri korlaya bilər. Yaxınlarınızın səvləri barədə ucadan danışmayın, bu məsələləri geniş müzakirə obyektinə çevirməyin.

Mənasız və yersiz iradlar ünsiyyəti korlayacaq.

Əkizlər - aktiv fəaliyyət üçün əla gündür. Çətin məsələləri həll etmək, mürəkkəb texniki problemləri çözmək gərəkdir. Enerji potensialınızın səviyyəsi yüksəkdir. Fəaliyyətinizi faydalı, gərəkli məcraya yönəltsəniz, yaxşı nəticələr əldə edəcəksiniz.

Günün ikinci yarısında texnika, proqramlaşdırma və ya kommunikasiyalar sahələrində irəliləyişlərə can atın.

Yumor hissi ailədəki bəzi problemləri yumşaltmağa və çözməyə imkan verəcək. Yaxınlarınız belə davranışı dəyərləndirəcəklər. Sevdiyiniz insan üçün kiçik bayram hazırlayın.

Xərçəng - riskli addımlar atmaqdan çəkinməyin, çoxdan bəri planlaşdırdığınız addımı atın. Qərarınız ilk baxışdan təhlükəli təsir bağışlasa da, nəticə sizi sevindirə bilər. Yaxın ətrafınzdakı insanlara nəzarət istəklərindən əl çəkin.

Günün ikinci yarısında baş verən hadisələrə obyektiv nəzər salın. Əhvalınızın dəyişməsi bəzi işlərin ertələnməsinə səbəb olacaq. Axşam saatlarında sevdiyiniz insanla ünsiyyət sizi nevrozdan və depressiyadan qurtara bilər.

Şir - bəzi hadisələr ətrafınızdakı insanlarla münasibətlərə təsir edə bilər. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Mədəniyyətsiz, qaba insanlardan uzaq durun. Situasiya əlverişsiz olarsa, amiranəlik eşqinə düşməyin.

Günün ikinci yarısında bələd olmadığınız insanlara irad bildirməyin. Şəxsi münasibətlərdəki bəzi nüanslar təşviş yarada bilər. Qısqanclıq etməyin, fərdiyyətçiliyə qapılmayın.

Qız - səbrli, təmkinli olmağa çalışın. Yaxşı tanımadığınız insanlara izafi önəm verməyin. Soyuqqanlı və məntiqli davranmasanız, dəyər verdiyiniz insanların xətrinə dəyə bilərsiniz. Münaqişəyə səbəb olmayın. Emosional fon stabil deyil. Ziddiyyətli açıqlamalar səbr kasanızı daşdırmasın.