Yaddaşı yaxşılaşdırmağın ən yaxşı yolları Çox yatmaq, saqqız çeynəmək...


Digərləri 14 Dek 2018 23:50:00 333 0

Yaddaşı yaxşılaşdırmağın ən yaxşı yolları  Çox yatmaq, saqqız çeynəmək...

Son dövrlərin ən aktual problemlərindən biri də yaddaşsızlıqdır. Hər kəs yaxşı və güclü yaddaşının olmasını istəyir. Amma vaxt keçdikcə insanın ətraf aləmdən aldığı informasiyanın həcmi artır və beyində olan köhnə yaddaş silinməyə başlayır. Belə olduqda hətta öz telefon nömrəmiz kimi ən sadə şeyləri unutduğumuzu görürük. Bəs bundan necə yaxa qurtarmaq olar? Beynimizə əlavə informasiyaları yadda saxlamağa necə kömək edə bilərik? 

Son.az bildirir ki, medicina.az bu sualların cavabını araşdırıb.

Yaddaşa dərman preparatlarından əlavə bir sıra amillər də müsbət təsir edir.  

Giləmeyvələr - İnsanın uzunmüddətli yaddaşını gücləndirən ən yaxşı vasitələrdən qaragilə və çiyələyin adını çəkmək olar.  Bu giləmeyvələrin gündəlik qəbulunu artıq 3-cü həftəsində insanın yaddaş problemlərində hiss edilə bilinən dərəcədə dəyişiklər meydana çıxır. Maraqlıdır ki, bu dəyişiklik həm cavanlarda həm də yaşlı insanlarda baş verir.

Fiziki aktivlik - İdman təkcə fiziki sağlamlığa deyil həmçinin də əqli sağlamlığa çatmağın bir vasitəsidir.Düşünməni yaxşılaşdırmaq və yadda saxlamaq üçün  hər gün müxtəlif idman hətəkətləri etmək müsbət nəticə verəcəkdir. Bunun üçün gün ərzində fiziki aktiv olmaq və mütəmadi olaraq qaçmaq tələb olunur.