Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Emin Ağalarovun konsertində olub FOTO


Digərləri 14 Dek 2018 23:51:00 385 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Emin Ağalarovun konsertində olub  FOTO

Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar, bir sıra nüfuzlu mükafatların laureatı, "Jara" Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarov dekabrın 14-də Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib.

Son.az Trend-ə istinadən bildirir ki, konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Konsertdən əvvəl çıxış edən E.Ağalarov ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib. Müğənni deyib: "Doğma səhnədə çıxış etmək böyük məsuliyyət və böyük şərəfdir. Səmimi sevgiyə görə çox sağ olun. Mən Azərbaycanı çox sevirəm, burada böyük məmnuniyyətlə çıxış edirəm".

Konsertdə "Moy Azerbaydjan", "Davay sbejim v Baku", "Naçistatu", "Still", "Amor", "Ya luçşe vsex jivu" və digər hitlər səslənib. Eminin ifasında dahi Müslüm Maqomayevin əfsanəvi "Mavi əbədiyyət" mahnısı konsertin kulminasiya nöqtəsi olub.


Xəbərə aid fotolar