Qaçın, amma asta qaçın...


Digərləri 14 Dek 2018 23:39:00 646 0

Qaçın, amma asta qaçın...

Coqqinq və ya asta qaçış sağlamlıq üçün ən faydalı idman növlərindən biridir. Qaçışın bu növündən çox vaxt arıqlamaq üçün, habelə ümumi sağlamlıq üçün istifadə edirlər. Bu halda qaçış sürəti saatda 7-9 kilometr olur. Sprintdən fərqli olaraq qaçışın bu növü orqanizmi çox gərginliyə salmadığı üçün demək olar ki, hər kəs asta qaçışla məşğul ola bilər. Lakin idmanın bu növündən daha yaxşı nəticələr almaq üçün müəyyən qaydaları bilmək və onlara riayət etmək lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, asta qaçışla məşğul olduqda:

ayaq, bədən və qol əzələləri möhkəmlənir;

damarlar, oynaqlar və sümüklər qaçış zamanı yaranan gərginliyə uyğunlaşır;

orqanizm uzunmüddətli gərginliyə vərdiş edir;

ürək-damar və tənəffüs sistemləri möhkəmlənir, onlar daha səmərəli işləməyə məcbur olur;

mitoxondriyaların sayı və ölçüsü artır, nəticədə aerob üsulla enerji yaranması prosesi yaxşılaşır.

Asta qaçış həm də piylənməyə qarşı səmərəli mübarizə üsuludur. Uzunmüddətli məşqlər zərərli şlakları və maddələr mübadiləsi məhsullarını, həmçinin onlarla birlikdə artıq piyi orqanizmdən çıxarmağa kömək edir.