Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi açılıb FOTO


Digərləri 14 Dek 2018 23:30:00 547 0

Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi açılıb  FOTO

Dekabrın 14-də Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərginin açılışı olub.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Tahir Salahovun keçdiyi həyat yoluna və zəngin yaradıcılığına nəzər salınıb.

Ulu öndər Heydər Əliyevin dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığına daim yüksək diqqətlə yanaşdığını deyən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yubilyara təbrik məktubları ünvanladıqlarını, dövlətimizin başçısının Xalq rəssamı Tahir Salahovu şəxsən qəbul edərək onu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif etdiyini xatırladıb. O, Tahir Salahovun Azərbaycanın ali mükafatları ilə yanaşı, beynəlxalq səviyyədə layiq görüldüyü mükafatları da qeyd edib. Artıq bir neçə gündür ki, sərginin açılışına hazırlıq işlərinin getdiyini bildirən nazir görkəmli rəssamın ömür-gün yoluna nəzər salıb. Bildirib ki, onun həyatı və yaradıcılığı olduqca maraqlı və zəngin hadisələrlə doludur.

Sonra Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısının Tahir Salahova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2011-ci ildən Prezident İlham Əliyevin Sərəncamı ilə İçərişəhərdə Tahir Salahovun ev-muzeyinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, paytaxtımıza gələn xarici qonaqlar, məktəblilər, gənclər dünya şöhrətli rəssamın ev-muzeyini böyük maraqla ziyarət edirlər.


Xəbərə aid fotolar