Həkimlər xəbərdarlıq edir Çox yatmaq ölümə səbəb olur


Digərləri 14 Dek 2018 23:36:00 612 0

Həkimlər xəbərdarlıq edir  Çox yatmaq ölümə səbəb olur

8 saatdan çox yatan insanlarda ürək, damar xəstəliklərinə yoluxma və hətta ölüm risqi yüksək olur. 

Son.az medicina.az-a istinadən bildirir ki, 21 ölkədən olan 35-70 yaş arası 116632 nəfər üzərində aparılan 8 illik araşdırma boyunca 4381 insanın ölümü qeydə alınıb ki, bunlardan 4365-i ürək-damar xəstəliklərinə bağlıdır. 

Araşdırma nəticəsində 6-8 saat yatan insanların digərləri ilə müqayisədə həyatları boyunca daha az xəstələndikləri təsdiqlənib. Amma gündəlik yuxuları 6 saatdan az və 8 saatdan çox olan şəxslərdə isə ölüm risqi daha yüksək olub. Həm də eksperiment nəticəsində yuxunun artıqlığının azlığından daha təhlükəli olduğu da məlum olub. Belə ki, 8-9 saatlıq yuxu ölüm risqini 5%, 9-10 saatlıq yuxu isə 17%, 10 saatdan artıq yuxu isə 41%-dək artırıb. 6 saatdan az yuxu isə ölüm risqini cəmi 9% artırıb.