Pakistanda konvoya hücum zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub


Dünya 14 Dek 2018 22:53:00 255 0

Pakistanda konvoya hücum zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub

Pakistanda silahlı şəxslərin konvoya hücumu zamanı təhlükəsizlik qüvvələrinin azı 6 əməkdaşı həlak olub.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə "Daily Pakistan" nəşri məlumat yayıb.

Məlumata görə, hücum İranla sərhəddə, Bəlucistan vilayətinin Keç dairəsində baş verib. Silahlılarla atışma zamanı həmçinin təhlükəsizlik qüvvələrinin daha 14 üzvü yaralanıb.