Pediatrlar bəzi uşaqların daha sağlam olmasının sirlərini araşdırıblar


Digərləri 14 Dek 2018 22:44:00 260 0

Pediatrlar bəzi uşaqların daha sağlam olmasının sirlərini araşdırıblar

Tənəffüs sistemində bakteriya müxtəlifliyi çox olan uşaqların orqanizmi soyuqdəyməyə daha dayanıqlı olur. Alimlərin fikrincə aparılan araşdırmalar nəticəsində əldə olunan bu kəşf viruslar səbəbindən meydana gələn bir sıra xəstəliklərin qarşısını almağa kömək edə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müşahidələrdən bəlli olduğu kimi tənəffüs sisteminin sağlamlığı üçün mikrofloranın müxtəlifliyi vacibdir. Mütəxəssislər bu nəticəyə 167 uşağın mikroflora nümunələrinin analizləri əsasında gəliblər. Bu təhlillər soyuqdəymənin ilk simptomları görüldükdə və təkrar olaraq üç həftə sonra aparılıb.

Nəticələrdən bəlli olub ki, tənəffüs sistemində bakteriya müxtəlifliyi virus infeksiyalarından daha tez sağalmağa kömək edir.