Azərbaycanlı aktrisa unuda bilmədiyi insan haqqında: "Həyatımda olmayan…" MÜSAHİBƏ FOTO


Kriminal 14 Dek 2018 22:47:00 815 0

Azərbaycanlı aktrisa unuda bilmədiyi insan haqqında: "Həyatımda olmayan…"  MÜSAHİBƏ  FOTO

Son.az bildirir ki, "Qayınana 2" filmində əsas rolu canlandıran aktrisa Sevinc Əliyeva publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq qalan suallarını tamamlayıb.

Tamaşaçıları yeni rolları ilə sevindirməyə hazırlaşan kino ulduzunun cavablarını təqdim edirik.

- İndiki ağlım olsaydı...

- Yaşadığım həyatı səhv adlandıra bilmərəm. Hesab etmirəm ki, doğru verilməyən qərar və addımlarım səhvdir. Çalışıram ki, onlardan nəticə çıxarım və ikinci dəfə eyni hərəkəti təkrarlamayım.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Bütün uşaqların sağlam, firavan və xoşbəxt cəmiyyətdə böyüməsi üçün əlimdən gələni edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Burada qadının sahib olduğu ali keyfiyyətlər və zahiri görünüşünün heç bir rolu yoxdur. Kişilər xəyanət etmək istəyirsə, onsuz da edəcək.

- Seviləsi qadın olmağın ilkin şərti...

- İlk növbədə özünə hörmət böyük rol oynayır. Həmçinin özünə qarşı diqqət görən xanım da artıq sevməyə başlayır.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Yaşımı gizlətmirəm, bəlkə də bəxtim gətirib ki, yaşımdan daha gənc görürəm. Yaşadığım həyat və yaşım mənim qürurumdur.

- Qadına qarşı şiddət...

- Həmcinslərimin şiddət və zorakılığa məruz qaldığını eşitmək məni bir qadın kimi narahat edir. Tez-tez sosial layihələr həyata keçirilmədir ki, nəinki qadının, ümumiyyətlə, insanın bu cür alçaldılmasının qarşısı alınsın. Çalışıram ki, belə xəbərlər oxumayım, əhvalım pisləşir. Bununla belə sosial şəbəkələrin hesabına istər-istəməz kriminal xəbərlər qarşımıza çıxır.

Şükür Allaha ki, bu vaxta qədər fiziki şiddətə məruz qalmamışam. Bizim Fuadla (keçmiş həyat yoldaşı .red) boşanma səbəbimiz tamam başqa məsələ olub. Ataları hər zaman uşaqlarımın yanındadır.

Psixoloji təzyiqlə manipulyasiya altında olmaq fiziki təzyiqdən daha çətindir. İllərlə davam edən psixoloji təzyiq komplekslərə və daha ciddi problemlərə gətirib çıxara bilər. Xanımlara məsləhət görürəm ki, öz həyatlarını qurmağa və yeni bir səhifə açmağa qorxmasınlar. Həyata baxışları doğru və sağlamdırsa, gələcəklərini qura biləcəklər. Sözsüz ki, ətrafın sənə olan etibar və hörmətini itirməmək şərtiylə.

- Tez-tez təəssüf edirəm ki...

- Vaxtında anamın "get yat, gecdir" sözünə əməl etmədiyim üçün peşmanam. İndi yuxu üzünə həsrət qalmışam.

- Vanqa nənə ilə görüşsəydim...

- Öncəgörmələrə skeptik yanaşıram, amma uşaqlarının gələcəyindən narahat olan ana kimi bu barədə maraqlanardım.

- Vicdan...

- Gecələri oyanmadan, tam rahat yata bilirəmsə, deməli, vicdanım rahatdır. Vicdan mənim üçün ən rahat yastıqdır. Franklinin bu barədə dəyərli sözləri var: "Əgər gecə rahat yatmaq istəyirsənsə, özünlə yatağa təmiz vicdan apar".

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Vallah-billah deyiləsi sözüm yoxdur.

- Unuda bilmədiyim insan bilməlidir ki...

- Həyatımda olmayan insana deməyə sözüm də yoxdur.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...


Xəbərə aid fotolar