Saçlarınız tez yağlanırsa, bu vasitələrdən istifadə edin


Digərləri 14 Dek 2018 22:32:00 257 0

Saçlarınız tez yağlanırsa, bu vasitələrdən istifadə edin

Tez yağlanan saçlar bir çox qadınların baş ağrısıdır.

Bunun səbəbləri arasında genetika, düzgün olmayan baxım, saçların tez-tez boyanması, laminasiyası və s. ola bilər.

Digər tərəfdən saçların həddindən tez yağlanmasının səbəbi sağlamlıq problemləri ilə də bağlı ola bilər. Hormonal pozulmalar, xroniki streslər, orqanizmdə piylərin mübadiləsinin pozulması saçların tez yağlanmasına səbəb olur.

Son.az saglamolun.az-a istinadən saçların yağlanmasını azaltmaq üçün sizə bəzi sadə tövsiyələri təqdim edir.

1. Silikon olmayan şampundan istifadə edin.

2. Balzamdan istifadə edirsinizsə, ondan sonra saçlarınızı yenidən az miqdarda şampunla yuyun.

3. Saçları yuduqdan sonra sirkə və ya limon şirəsi əlavə olunmuş su ilə yaxalayın.