Britaniya hökuməti deputatların "Brexit"lə bağlı tələblərini qəbul edəcək


Dünya 14 Dek 2018 21:41:00 256 0

Britaniya hökuməti deputatların "Brexit"lə bağlı tələblərini qəbul edəcək

Böyük Britaniya hökuməti deputatların tələbi əsasında "Brexit"lə bağlı Şimali İrlandiya məsələsində Avropa İttifaqından zəmanət almağı nəzərdə tutur.

Son.az "report"-a istinadən bildirir ki, Baş nazirin mətbuat katibi parlamentin istədiyi variantın axtarışına başlanıldığını açıqlayıb.

"Bu sazişin ölkəmiz üçün ən məqbul olduğuna əminik, bizim üçün zəruri qərarlar verə biləcəyik", - deyə mətbuat katibi qeyd edib.

Baş nazir Tereza Mey isə bu günlərdə Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) zirvə görüşünün iştirakçıları ilə danışıqlarına əsaslanaraq, sammitin verdiyi qərarların daha sonra müzakirə edilə biləcəyini diqqətə çatdırıb.