XƏBƏRDARLIQ: Bəzi yaşayış evləri vulkanlara yaxınlaşır


Digərləri 14 Dek 2018 21:38:00 266 0

XƏBƏRDARLIQ: Bəzi yaşayış evləri vulkanlara yaxınlaşır

Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu AMEA Coğrafiya İnstitutunun dosenti Elxan Məmmədbəyov deyib.

E.Məmmədbəyovun sözlərinə görə, palçıq vulkanizminin inkişaf etdiyi ərazi geosistemlərinin struktur morfogenetik xüsusiyyətləri və onların ətraf ərazi landşaftlarına təsiri araşdırılıb. Tədqiqatın əsas məqsədi Böyük Qafqazın cənub-şərq hissəsində palçıq vulkanlarının yayıldığı müxtəlif təbii ərazi komplekslərində aerokosmik metod və müasir kompüter proqramlarının köməyi ilə onların morfogenetik, hipsometrik, geokimyəvi və s. elementləri ilə ətraf geosistemləri arasındakı qarşılıqlı əlaqənin daha mükəmməl üsullarla aşkar edilməsi və irimiqyaslı (1:25000 və 1:100.000) xəritələrin tərtibidir.