Rəqsanə təsdiqlədi: polis rəisi evini əlindən alır


Şou-biznes 14 Dek 2018 21:19:00 482 0

Rəqsanə təsdiqlədi: polis rəisi evini əlindən alır

Artıq bir neçə gündür müğənni Rəqsanə İsmayılovanın adı məmurla qalmaqalda hallanır.

Yayılan xəbərlərə görə, Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu ifaçının mənzilini əlindən almaq üzrədir. 

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı yayılan xəbərlərə ilk dəfə ARB TV-də yayımlanan "Show news" verilişində aydınlıq gətirib. 

R.İsmayılova xəbərdə dərc olunan bütün məlumatları təsdiq edib. Müğənni həmin şəxsdən əvvəllər də sələmə pul aldığını və problem yaşamadığını bildirib:

"Hardasa 2014-cü ildə də belə bir problem olmuşdu. Mən o insana 2 otaqlı evi zamin qoydum və ondan 100 min dollar pul götürdüm, aybaay 3 min dollar pul ödəyirdim. 6 ay müddətində 100 min dolları bağladım, evimi dala qaytardım. Sözügedən 4 otaqlı evimi ona göstərdim. Həmin evə görə mənə Azərbaycan manatı ilə pul verdilər. Evimi girov qoyaraq, hər ay ona 12 min dollar ödəmişəm". 

Müğənni onu da əlavə edib ki, məlum inflyasiyadan sonra aylıq 12 min dollar ödəmək ona çətinlik yaradıb. O, qarşı tərəfdən aylıq faiz dərəcəsini 3-dən 2-yə endirilməsini xahiş edib. Qarşı tərəf razılığa gəlmədiyindən müğənni pulu dollarla ödəyə bilməyib və hazırda evi əlindən çıxmaq təhlükəsindədir.