ABŞın İrəvandakı yeni səfirindən Qarabağ mesajı


Dünya 14 Dek 2018 21:04:00 282 0

ABŞın İrəvandakı yeni səfirindən Qarabağ mesajı

Ermənistanla bütün istiqamətlərdə münasibətləri inkişaf etdirmək lazımdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Senatda dinləmələr zamanı ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Lin Treysi deyib.

"Bizim Ermənistana qarşı siyasətimiz - qonşuları ilə sülh şəraitində yaşayacaq demokratik, çiçəklənən və müstəqil Ermənistanın gücləndirilməsi - dəyişməzdir. Özünün öz tərəfdaşlarını seçməli olduğu Ermənistanın suverenliyinə bağlılığımı təsdiqləyirəm", - deyə o bildirib.

Qeyd edək ki, Senat bundan öncə Treysinin Ermənistanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.