ABŞ səmasında 10 saat havada asılı qalan nəhəng obyekt


Dünya 14 Dek 2018 20:44:00 268 0

ABŞ səmasında 10 saat havada asılı qalan nəhəng obyekt

Amerikalı meteoroloqlar ABŞ səmasında çox böyük və anomal hadisə qeydə alıblar.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, alimlər bu günə qədər belə bir hal ilə rastlaşmadıqlarını bildiriblər. Hələlik anomal hadisənin nə olduğu bilinmir.

"The Drive"ın məlumatına əsasən, bir çox meteoroloq zaman-zaman qeyri-adi hadisələrlə rastlaşırlar amma bunun bir izahı var. Bu dəfə üzə çıxan anomal hadisə isə hətta təcrübəli mütəxəssislərin də təəcccübünə səbəb olub.

Qeyri-adi obyekt İllinoys ştatının cənub hissəsinin səmasında qeydə alınıb. Əvvəlcə onun uzunluğu elə də böyük olmayıb, sonradan isə 80 kilometrə qədər çatıb və obyekt 10 saat səmada asılı qalıb. Bununla yanaşı, obyekt cənuba doğru hərəkət edib və formasını dəyişib.

Bu anomal hadisə barədə ilk dəfə Ueyn Hart adlı meteoroloq sosial şəbəkədə məlumat verib. O, bildirib ki, bu obyekt "Lockheed C-130" hərbi nəqliyyat təyyarəsinin uçuşundan sonra yaranan buluddur.


Xəbərə aid fotolar