İmmuniteti gücləndirir, xərçəng riskini azaldır


Digərləri 14 Dek 2018 20:29:00 315 0

İmmuniteti gücləndirir, xərçəng riskini azaldır

Qış aylarının vaz keçilməz meyvələrindən biri də naringidiri.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, tərkibində C, A, B vitaminləri, kalsium, lif, potasium, dəmir və fosfor olan naringi sağlamlıq mənbəyidir. İmmunitet sistemini gücləndirməkdən tutmuş, xərçəng riskini azaltmağa qədər bir çox faydası var. Oxucularımıza naringinin bilinməyən faydalarını təqdim edirik.

İmmunitet sistemini gücləndirir

Naringinin tərkibindəki C vitamini və flavonoidlər immunitet sistemini gücləndirir.

Yeni hüceyrələr yaradır

Naringinin tərkibi B vitamini ilə zəngindir. Bu maddə orqanizmdə DNA və RNA yranmasında iştirak edir və yeni hüceyrələrin yaranmasını dəstəkləyir.

Xərçəngə qarşı

Naringinin tərkibindəki folat xərçəngə səbəb olan DNA dəyişikliklərinin qarşısını alır. Ağ ciyər, döş, qida borusu və mədə xərçəngi kimi xərçəng növlərinin inkişafının qarşısını alır.

İştah

Naringinin tərkibindəki pektin maddəsi uzun müddət toxluq hissi yaradır. Aparılan araşdırmalara əsasən, naringi kökəlmə problemi olan insanlarda iştah nəzarətinə kömək edir və kalori qəbul etməyin qarşısını alır.

Yüksək qan təzyiqinin qarşısını alır

Naringinin tərkibindəki potasium yüksək qan təzyiqinin qarşısını alır, infark riskini azaldır. Bundan başqa flavonoidlər xolesterolun azalmasına təsir edir.

Sümük əriməsinə qarşı