Dünyanın dörd bucağına terror məktubları göndərilir


Dünya 14 Dek 2018 20:04:00 278 0

Dünyanın dörd bucağına terror məktubları göndərilir

ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada yüzlərlə şirkət, dövlət qurumu, məktəb, xəstəxana və digər qurumlara təhdid dolu elektron məktublar daxil olur. Məktubda həmin binalarda partlayışların törədiləcəyi ilə bağlı xəbərdarlıq edilib, "Reuters" məlumat yayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məktub müəllifləri, kriptovalyuta (bitkoin) şəklində 20 min dollara qədər pulun ödənilməyəcəyi təqdirdə, partlayış törədəcəkləri ilə təhdid edir.

Bomb threat at the N&O building. Police are here and we have evacuated . pic.twitter.com/aCcresQpEE

- Jonathan M Alexander (@jonmalexander) December 13, 2018

Nyu-York polis idarəsi belə məktubların əksər ABŞ ştatlarında yayıldığını, ancaq bu təhdidlərin ciddi olmadığını bildirib. Polis rəsmiləri dələduzların qeyri-sabit vəziyyət yaratmaqla pul qazanmağa can atdıqlarını hesab edir.

So I actually just got a bomb threat in my work email today ordering me to send the person $20,000 via bitcoin or they will blow up my place of work.... 2018 is wild pic.twitter.com/sn0vVLwe6v

- Ryan William Grant (@TheeRyanGrant) December 13, 2018

"Şəxsi zəminli deyil, sadəcə, biznesdir", - deyə təhdid məktublarının birində deyilir.

Məktub mətnlərində tələb olunan məbləğlərin köçürülməsi üçün fərqli bitkoin-cüzdan ünvanları göstərilir. Kimlərinsə "potensial partlayışın" qarşısını almaq üçün həmin hesaba pul keçirib-keçirmədiyi məlum deyil.