Flora Kərimovadan seviləsi qadın olmağın ƏSAS SİRRİ:


Digərləri 14 Dek 2018 20:09:00 351 0

Flora Kərimovadan seviləsi qadın olmağın ƏSAS SİRRİ:

Bu yaxınlarda tamaşaçıların qarşısına "Qayınana 2" filmində Canan obrazı ilə çıxmağa hazırlaşan Xalq artisti Flora Kərimova publika.az-ın suallarına cavab verib.

Son.az bildirir ki, güclü qadın olduğunu vurğulayan sənətkar etiraf edib ki, ləyaqətini itirmək ən böyük qorxusudur. Xalq artistinin sözlərinə görə, özünə hörmət edən xanım heç bir halda həyat yoldaşının istər psixoloji, istərsə də fiziki təzyiqlərinə dözməli deyil.

- Peşmanam ki...

- Keçmişin peşmançılığını çəkməmişəm. Çünki o peşmançılığın nəticəsi ola bilməz, alınan geri qayıtmır. Ən böyük qayğım ləyaqətimi itirməməkdir. Bunu qoruyub-saxlamaqsa insandan ilahi bir qüvvə tələb edir, çox çətindir.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Kişilər bütün qadınlara xəyanət edir, onların gözü doymur. Ancaq kişilər bütün qadınlara eyni qiyməti vermir, onlar yaxşını pisdən ayırmağı bacarır.

- Seviləsi qadın olmağın əsas sirri...

- Bu, təbiətin mükafatıdır. Sevilmək naxışın və qabiliyyətin ya var, ya da yoxdur.

- Qadınlar göz yaşını ona görə gizlədir ki...

- Üzünə axan yaşlara kiminsə şahidi olmasını zəiflik kimi qəbul edirlər. Lakin boğazda düyünlənib qalan qəhər insana göz yaşından daha çox əziyyət verir.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Təklik yox, tənhalıq isə lənətdir. Bir var öz qismətinlə, bir də var ki, sənə qarşı yönələn nifrətin altında qalıb əzilirsən. Sənə o qədər nifrət edirlər ki, bu duyğu sənə özünü həm tənha, həm də tək hiss etdirir.

Cəmiyyətin qarşısında zəif nöqtəm yoxdur, özümü mühafizə edə bilirəm, ailədə də övladlarımdan həmişə sevgi və sayğı görmüşəm. İtirməkdən və tək qalmaqdan qorxan xanımlardan deyiləm, heç vaxt da olmamışam. Qorxmamışam ki, kimsə məni ata və ya mənimlə kobud rəftar edə bilər. Daxilən özümü hələ də qüdrətli və sarsılmaz hiss edirəm.

- Unuda bilmədiyim insana demək istərdim ki...

- Belə bir situasiyaya düşməmişəm.

- Qadına qarşı şiddət...