Komitə: Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur


Digərləri 14 Dek 2018 19:47:00 284 0

Komitə: Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur

Bakı. Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirədə Komitə sədrinin birinci müavini Səyyad Salahlı deyib. Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib ki, bir sıra ölkələrdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır.