Bu il rayonda 112 şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)


Digərləri 14 Dek 2018 19:25:00 246 0

Bu il rayonda 112 şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)

Bərdə rayonunda özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub

Bakı. Bərdə rayonunda vətəndaşların qəbulunu keçirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə rayonda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatları ilə tanış olublar. Nazirlikdən Trend-ə verilən məlumata görə, Bərdə rayonunda 2018-ci ildə 112 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onların əksər hissəsini əlilliyi olan insanlar, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, müharibə veteranları və digər həssas qruplaran olanlar təşkil edir. 112 nəfərdən artıq 100-ə yaxın şəxsin biznes-planlarına uyğun mal və materiallarla təminatı həyata keçirilib. Onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik ailə təsərrüfatlarını qurublar. Digərlərinin də mal və materiallarla təminatı işləri davam etdirilir.