Arıçılıqla məşğul olanlara şad xəbər:


Digərləri 14 Dek 2018 19:12:00 259 0

Arıçılıqla məşğul olanlara şad xəbər:

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda 25 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 3959 arıçıya saxladıqları 92664 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 926640,0 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:

 

Rayon

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin sayı (nəfər)

Arı ailələrinin (pətəklərin) sayı (ədəd)

Subsidiyanın məbləği (manat)

1

Ağstafa

87

1436

14360

2

Ağsu

342

6127

61270

3

Göygöl

232

5600

56000

4

Kəlbəcər

143

4955

49550

5

Laçın

66

1214

12140

6

Lerik

227

4211

42110

7

Lənkəran

44

935

9350

8

Quba

274

8211

82110

9

Qusar

241

5694

56940

10

Xocalı

82

1982

19820

11

Şəki

101

6474

64740

12

şəmkir

74

1199

11990

13

Şuşa