“Heç kəs bizə olmaz deməyib” Avtobusların yerini zəbt edən taksi sürücüləri


Digərləri 14 Dek 2018 19:09:00 325 0

“Heç kəs bizə olmaz deməyib”  Avtobusların yerini zəbt edən taksi sürücüləri

Paytaxt yollarında nəqliyyat vasitələri bir çox hallarda dayanma-durma qaydalarını kobud şəkildə pozur. Bu da nəticə tıxaclara səbəb olur.

Son.az ARB TV-ya istinadən xəbər verir ki, 20 yanvar dairəsi ərazisində günün istənilən vaxtında tıxac görmək mümkündür. Səbəb isə burada müxtəlif rayonlara, şəhərətrafı kənd və qəsəbələrə gedən taksilərin yol kənarında qanunsuz parklamalarıdır.

Taksi sürücü: "Gedib orada dayanırsan yer pulu alırlar, şərait yoxdur. Burada da polisi qovur. Park yiyələrə 1 manat alır. Pul verməyəndə də əraziyə buraxmır. Polisi çağırıb qovdurur".

Ərşad Hüseynov - ekspert: "Nəqliyyat vasitələri, yolun kənarında qadağan olunmayan yerlərdə, yalnız bir cərgə ilə dayanmalıdırlar. Körpülərin altında, avtobus dayanacaqlarında, yol ayrıclarında, piyada keçidlərində və bu kimi yerlərdə dayanmaq və durmaq qadağandır. Qanuna əsasən, yalnız xüsusi işarələnmiş, ayrılmış yerlərdə dayanmalıdırlar".

Taksi sürücüsü özünə müştəri axtarır, avtobus sürücüsü isə saxlamağa yer. Nəticədə iki tərəf arasında əsəblər tarıma çəkilir.

Avtobus sürücüsü: "Dayanacağa nə girmək olur, nə çıxmaq. Hamısı da fərqlənməsi olmayan taksilərdir. Ona görə bu problemlər yaranır".

Sakin: "Taksilər üçün ayrıca yer ayrılsın, lakin onları birdən-birə buradan kənarlaşdırmaq da düzgün deyil".


Xəbərə aid fotolar