UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır (FOTO)


Digərləri 14 Dek 2018 19:05:00 231 0

UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır (FOTO)

UNEC və Bakı Fond Birjası (BFB) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bakı. UNEC və Bakı Fond Birjası (BFB) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Universitetdən Trend-ə verilən məlumata görə, imzalanma mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, BFB-nın İdarə heyətinin sədri Vüqar Namazov, universitetin professor-müəllim və tələbə heyəti, eləcə də fondun nümayəndələri iştirak edib. Memorandumun məqsədi tələbələrin kapital bazarları barədə biliklərinin artırılması və maarifləndirilməsi, sahiblik düşüncə tərzinin formalaşdırılması, qiymətli kağızlar bazarının inkişafına dair birgə elmi tədqiqatların aparılması, BFB-nin “Listinq Məsləhət Proqramı” çərçivəsində investisiya vasitələrinin idarə olunması prinsiplərinin aşılanması imkanlarının dəyərləndirilməsi, şirkətlərin qiymətli kağızlar bazarına çıxış üçün hazırlanması, onlara təlim və məsləhət xidmətləri göstərilməsi, qiymətli kağızlar bazarına dair biliklərin tədrisinə dəstək verilməsi və yüksək ixtisaslı kadrların hazırlanmasında birgə əməkdaşlıq etməkdir. UNEC-in rektoru, professor Ədalət Muradov tədbirdə tələbələrin praktiki vərdiş və biliklərə sahib olmasında real sektorla əməkdaşlıqların əhəmiyyətli rolu olduğunu bildirib. Bakı Fond Birjası ilə təcrübə və informasiya mübadiləsi, faydalı tədqiqatların həyata keçirilməsi peşəkar mütəxəssislərin yetişdirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.