Nazirlik struktur islahatı apardı


Digərləri 14 Dek 2018 18:29:00 289 0

Nazirlik struktur islahatı apardı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq Əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatının ştat cədvəlinə dəyişiklik edilməklə, yeni strukturu formalaşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, həmçinin müvafiq Əmr əsasında Bakı şəhəri üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) sayı azaldIlaraq paytaxtın rayonları üzrə ümumilikdə 5 TSEK (Yasamal, Səbail, Nəsimi rayonları üzrə 1 saylı, Nərimanov, Nizami, Xətai rayonları üzrə 2 saylı, Qaradağ, Binəqədi rayonları üzrə 3 saylı, Sabunçu, Suraxanı rayonları üzrə 4 saylı və Xəzər, Pirallahı rayonları üzrə 5 saylı TSEK-lər) müəyyən edilib. Qeyd olunan TSEK-lərin fəaliyyəti Bakı şəhərində yaradılacaq beş DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi ilə əlaqəli şəkildə qurulmaqla, mərkəzlərin əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya istiqaməti üzrə xidmətlərinin həyata keçirilməsində iştirak edəcəklər.