DİN: 7 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 14 Dek 2018 18:25:00 246 0

DİN: 7 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən gün polis əməkdaşları tərəfindən 7 kiloqrama yaxın narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Ötən gün polis əməkdaşları tərəfindən 7 kiloqrama yaxın narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 41 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Masallı rayon sakini, onunla qeyri-rəsmi nikah münasibətində olan qadının Nizami rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə əlavə olaraq çəkisi 970 qram heroin, 2 kiloqram 350 qram marixuana və 10 qramdan artıq güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilərək götürülüb.