Zakir Həsənov yeni komanda idarəetmə məntəqəsi açdı


Digərləri 14 Dek 2018 18:14:00 249 0

Zakir Həsənov yeni komanda idarəetmə məntəqəsi açdı

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Nazirliyin baş idarələrindən birinin istifadəyə verilən komanda idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.

Bu barədə Son.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə hərbi obyektin təyinatı və fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, komanda məntəqəsi tabelikdə olan bölmələrin operativ idarə olunması və qərarların qəbul edilməsi üçün yuxarı komandanlığa məruzələrin hazırlanmasını həyata keçirir.


Xəbərə aid fotolar