“Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir


Kriminal 14 Dek 2018 18:19:00 750 0

“Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Dekabrın 11-də  Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert xalq artisti, unudulmaz müğənni Rübabə Muradovanın yaradıcılığına  həsr olunmuşdu. 

Son.az xəbər verir ki, tədbir Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə xalq artistləri Səkinə İsmayılova - "Ay günahsız əzizim", Nəzakət Teymurova  - "Unuda bilmirəm", Teyyub Aslanov  - "Dumanlı Təbriz" pyesindən "Qönçələbin mahnısı",  Nazpəri Dostəliyeva - "Şur" təsnifi, əməkdar artistlər Almaz Orucova - "Sevəydin barı",  Arzu Əliyeva - "Nədən oldu", "İndi sevmirəm",  Azərbaycan Televiziyası və Radiosunun solistləri  Pərviz Qasımov - "Gəl bizə yar", Günay İmamverdiyeva -"Gecələr yuxusuz qoymusan məni" mahnılarını ifa etdilər. Konsertin son nömrəsi -"Səni qəmli görəndə " mahnısı Nazpəri Dostəliyeva, Bəyimxanım Vəliyeva və Arzu Əliyevanın birgə ifalarında səsləndi.

İfaçıları  xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.