Soyğunçuların məhkəməsi başlayır


Digərləri 14 Dek 2018 17:54:00 248 0

Soyğunçuların məhkəməsi başlayır

Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Mehman Abbasov və Vitaliy Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Şəlalə Həsənovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.