FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr, fəxri adlar verilib (YENİLƏNİB)


Digərləri 14 Dek 2018 16:51:00 169 0

FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr, fəxri adlar verilib (YENİLƏNİB)

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi verilsin. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Lətif oğlu Fəradova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilir. Dövlət başçısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin: Ələsgərov Ələsgər Calal oğlu Mənsimov Sahil Səftar oğlu. . Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin