Aleksandr Lukaşenko: "Ermənistan KTMT üzvlərinə güzəştə getməlidir"


Dünya 14 Dek 2018 16:44:00 242 0

Aleksandr Lukaşenko: "Ermənistan KTMT üzvlərinə güzəştə getməlidir"

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə belaruslu namizədin əleyhinə çıxış etməsinə görə narazılığını bildirib.

Son.az bu barədə Report-a istinadən xəbər verir.

"KTMT baş katibini seçə bilməməyimiz rüsvayçılıqdır. Ümumiyyətlə, Ermənistan rəhbərliyi KTMT-nin digər ölkələrinə güzəştə getməlidir. Çünki məhz onlar təşkilatı daxili siyasi problemlərinə bulaşdırıb", - A.Lukaşenko Minskdə Rusiya KİV-i üçün keçirdiyi mətbuat konfransında deyib.