BakıTbilisiQars sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir


Digərləri 14 Dek 2018 16:34:00 259 0

BakıTbilisiQars sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir

"Azərbaycan Dəmir Yolları" QSC 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.

QSC-dən Son.az-a verilən məlumata görə, bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin "STADLER Rail Group" şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir.

Hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilir.

Testlər Almaniyanın dəmir yolları tərəfindən 35 km məsafədə aparılır.


Xəbərə aid fotolar