İlahiyyat İnstitutunda “Səfir saatı” layihəsi çərçivəsində İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib (FOTO)


Digərləri 14 Dek 2018 16:27:00 200 0

İlahiyyat İnstitutunda “Səfir saatı” layihəsi çərçivəsində İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşü təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşü təşkil olunub. Trend-in məlumatına görə, tədbirdə Aİİ-nin rəhbərliyi, müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər. İnstitutun rektoru Ceyhun Məmmədov Hüsnan Bəy Fanani və görüş iştirakçılarını salamlayaraq, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışaraq, bu siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib. C.Məmmədov qeyd edib ki, Aİİ tələbələrinə diplomatlarla birbaşa ünsiyyət yaratmaq bacarığı, Azərbaycanın xarici əlaqələri və digər amillər haqqında daha ətraflı məlumat əldə etmək imkanı yaratmaq məqsədi ilə "Səfir saatı” layihəsi çərçivəsində Azərbaycandakı səfirliklərlə əməkdaşlıq qurur.