Qış şaxtalı keçəcək?


Digərləri 14 Dek 2018 15:44:00 211 0

Qış şaxtalı keçəcək?

"İqlim dəyişmələri tək birbaşa deyil, dolayısı təsirlərlə də özünü biruzə verir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, minimal temperaturların maksimal temperaturlarla müqayisədə yüksəlmə tempi daha çoxdur. Soyuq günlərin sayı azalır, isti günlərin sayı artmaqdadır: "Azərbaycanda çox illik məlumatların təhlili göstərir ki, havanın minimal temparaturu dekabr ayında son onilliklərdə 1961-1990-cı illərlə müqayisədə 0,4 dərəcə azalıb, yanvar ayında 0,2 dərəcə artıb, fevral ayında isə 0,1 dərəcə azalıb. Dekabr ayında müşahidə olunan bu azalma yalnız bir ili 2002-ci ilin hesabına olub, 2002-ci ildə orta aylıq temperatur normadan 5,6 dərəcə aşağı olaraq bütün müşahidə sırasına görə ən soyuq dekabr ayı kimi tarixə düşüb. Və həmin ilin nəticəsini nəzərə almasaq, dekabr ayında umumi tendensiya müşahidə edilir. Soyuq hava dalğalarının sayında da azalma qeydə alınır".

U.Tağıyeva bildirib ki, qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir: "Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil.

Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normanın cəmi 33-48 faizini təşkil edib.