Türkiyədə SOCAR neftkimya kompleksinin idarə heyətində dəyişiklik olub


Digərləri 14 Dek 2018 15:21:00 321 0

Türkiyədə SOCAR neftkimya kompleksinin idarə heyətində dəyişiklik olub

Tevfik Belgin Azərbaycanın SOCAR dövlət şirkətinə məxsus "Petkim" neft-kimya kompleksində müstəqil üzv postunu tərk edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, o hazırda "Nuh Cimento" şirkətində Direktorlar Şurasına rəhbərlik edir.

Başqa bir dəyişiklik isə şirkətin İdarə Heyətinə Osman Dinçbaşın daxil edilməsi ilə bağlıdır.