Dünyanın ən çox qazanan gözəlləri


Digərləri 14 Dek 2018 15:25:00 215 0

Dünyanın ən çox qazanan gözəlləri

"Forbes" jurnalının yazdığına görə, 2018-ci ildə ən çox qazanan model Kendal Cenner olub.

Son.az publika.az-a istinadən xəbər verir ki, jurnal ilin yekunları ilə bağlı maliyyə tərəfdən müvəffəqiyyət qazanmış modellərin gəlirlərini hesablayıb.

"Forbes"ə görə, Kendall Cenner 2018-ci ilin ən yüksək ödənişli modeli olub və 2017-ci ilin iyun ayından 2018-ci ilə qədər 22.5 milyon dollar qazanıb.

İkinci yeri 13 milyon dollarlıq gəlirlə Karli Kloss tutub.

Krissi Teyqen və Rozi Hantinqton-Uaytli üçüncü yerdə qərarlaşıb: ikisi də 11,5 milyon dollara sahibdir.


Xəbərə aid fotolar