Sumqayıtda faciə:


Digərləri 14 Dek 2018 15:12:00 191 0

Sumqayıtda faciə:

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Füzuli Qurban oğlu Yusifov şəhərin 6-cı mikrorayonunda yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.