Bülent Ersoy: "Yaxşı ki, Zeki Müren və Müzeyyen Senar ölüb"


Digərləri 14 Dek 2018 15:07:00 256 0

Bülent Ersoy: "Yaxşı ki, Zeki Müren və Müzeyyen Senar ölüb"

Türkiyəli müğənni Bülent Ersoy açılış mərasimlərindən birində yeni imici ilə hər kəsi təəccübləndirib

Türkiyəli müğənni Bülent Ersoy açılış mərasimlərindən birində yeni imici ilə hər kəsi təəccübləndirib.

Son.az axşam.az-a istinadən bildirir ki, saçlarını boyayıb, kül rəngində edən Bülent səhnəyə çıxaraq mahnılar oxuyub.

Ersoy yenə də fərqli makiyaj edib, bahalı zinət əşyaları taxıb. müğənni yeni ifaçılardan gileylənərək "Yaxşı ki, Zeki Müren və Müzeyyen Senar ölüb. Çünki bu çirkli səsləri eşitsəydilər, utanıb, ölərdilər. Mən ölmürəm, yəqin səbrim var. Bizim vaxtımızda studiyaya girib, mahnı oxuyurduq. Səs nə cür idisə, elə də çıxırdı. İndi səslə oynayırlar" deyib.