Bakıda avtobus qadın piyadanı vurub öldürdü


Digərləri 14 Dek 2018 14:40:42 201 0

Bakıda avtobus qadın piyadanı vurub öldürdü

Bakıda avtobus piyadanı vurub.

Bakı. Bakıda avtobus piyadanı vurub. DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.