Alman klubundan rekord


İdman 14 Dek 2018 14:36:00 463 0

Alman klubundan rekord

Eintracht Avroliqanın qrup mərnhələsində göstərdiyi nəticə ilə rekord əldə edib.

Goal.az xəbər verir ki, Frankfurt təmsilçisi qrupda keçirdiyi 6 matçın hamısını qələbə ilə başa vurub. İndiyədək Avroliqada mübarizə aparan alman klubları arasında analoji nəticə qeydə alınmayıb. Eintracht bu mövsüm Avroliqanın qrup oyunlarında Lazio (4:1, 2:1), Apollon (2:0,3:2) və Marseille-ə (2:1,4:0) münasibətlərinə aydınlıq gətirib.