Nazir müavini: Bolqarıstan QDİƏT-də Azərbaycanın işini davam etdirəcək


Digərləri 14 Dek 2018 14:36:48 254 0

Nazir müavini: Bolqarıstan QDİƏT-də Azərbaycanın işini davam etdirəcək

Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) Azərbaycanın işini davam etdirəcək

Bakı. Ləman Zeynalova - Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) Azərbaycanın işini davam etdirəcək. Trend-in məlumatına görə, bunu QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kraleva deyib. O bildirib ki, QDİƏT regionun inkişafına xidmət edir: “Bizim bütün fəaliyyət sahələrini, o cümlədən ticarət sahəsini əhatə edən 20-dən çox işçi qrupumuz var. Təşkilat öz işinin səmərəliliyini artırmağa çalışacaq”. E.Kraleva qeyd edib ki, Azərbaycanın təşkilatda sədrliyi məhsuldar keçir. O əlavə edib ki, QDİƏT layihələrin reallaşdırılmasına yönəlmiş təşkilat kimi qalmalıdır. Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən QDİƏT-də sədrlik Bolqarıstana keçir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin