Baş katib: QDİƏT ölkələri arasında münaqişələrə baxmayaraq, təşkilat iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir


Digərləri 14 Dek 2018 14:21:00 236 0

Baş katib: QDİƏT ölkələri arasında münaqişələrə baxmayaraq, təşkilat iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir

QDİƏT ölkələri arasında münaqişələrə baxmayaraq, təşkilat iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir.

Bakı. Sara İsrafilbəyova - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr arasında münaqişələrə baxmayaraq, təşkilat iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir. Trend-in məlumatına görə, bunu təşkilatın baş katibi Maykl Kristides dekabrın 14-də Bakıda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib: "Təəssüf ki, təşkilatın bəzi üzvləri arasında münaqişələr var. Lakin biz tərəflərin qarşılıqlı marağına cavab verən layihələr və əməkdaşlığın gücləndirilməsi üzrə işləri davam etdiririk. Qərara gəlmişik ki, bu təşkilat çərçivəsində siyasi məsələlər müzakirə olunmayacaq". Baş katib vurğulayıb ki, ildə bir neçə dəfə QDİƏT-in üzv dövlətlərinin nümayəndələri danışıqlar masası arxasında oturur və maraq doğuran məsələləri müzakirə edirlər: